Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəb turu keçirilib

     90 nömrəli tam orta məktəbdə 20 dekabr tarixində Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəb turu keçirilib. Onlayn bilik yarışının məktəbdaxili mərhələsində şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal  məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. Bu turda uğur əldə edən şagirdlər olimpiadanın növbəti mərhələsinə vəsiqə qazanacaqlar. Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər isə sonda mükafatlandırılacaq.

       Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi