“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

      Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15 ili tamam olub. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb. 2006-cı ildən etibarən isə dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunur. Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədilə yaradılan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fövqəladə halların, təbii, texnogen və terror təhlükələrinin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir.

      90 nömrəli tam orta məktəbin bütün sinifləri üzrə 19 dekabr tarixində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda onlayn sinif təşkilat saatları keçirilib.

     Onlayn tədbirdə müəllimlər şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmağın, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməyin, ilkin tibbi yardım göstərməyin yolları barədə ətraflı məlumat veriblər. Eyni zamanda baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi barədə də şagirdlər məlumatlandırılıb.
      Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hallar zamanı davranış qaydalarını aşılamaq, gündəlik həyatda təhlükəsizlik qaydalarına riayət edilməsini izah etməkdir. Məlumat verilib ki, fövqəladə hallar baş verərkən dərhal “101” və “112” xidmətlərinə müraciət etmək lazımdır.
     Şagirdlər mövzu ilə bağlı hazırladıqları rəsm əsərlərini nümayiş etdiriblər.Mövzuya aid olan videoçarxlar, slaydlar maraqla qarşılanıb.

     Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

https://youtu.be/70A_0sXC3dM

https://youtu.be/NITDSqJcpjw

https://youtu.be/NITDSqJcpjw

https://youtu.be/kpdiYGwNfgk

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi