8R sinfində onlayn “Açıq dərs” keçirilib

     90 nömrəli tam orta məktəbin biologiya müəllimi Elmira Əliyevanın başçılığı ilə 12 dekabr tarixində 8R sinfində “Dağlıq Qarabağın biomüxtəlifliyi” mövzusunda onlayn “Açıq dərs” keçirilib.

     Dərsdə qeyd edilib ki, Dağlıq Qarabağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olmuşdur. Qarabağın florası və onun bitki örtüyünün  biomüxtəlifliyi dünyada analoqu olmayan rəngarəng şaquli zonallığı ilə fərqlənir. Azərbaycan təbiətinə xas olan palıd, şərq fıstığı, vələs, ağcaqayın ağacları ilə zəngindir. Lakin uzun illər həmin ərazilərdə mənfur erməni qəsbkarları tərəfindən təbiət məhv edilmiş, ağaclar qırılmış, ekoloji terror törədilmişdir .

     Şagirdlərdən Abanin Qleb,İsayeva Nərmin,Bayramova Dilarə, Həsənov Əli fəallıq nümayiş etdirib. Elmira Əliyeva şagirdlərə Dağlıq Qarabağın rəmzləri,atları,flora və faunası haqqında geniş söhbət aparıb. Dərs “Qarabağ Azərbaycandır!” şüarı ilə başa çatıb.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi