"Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqə keçirilib

      Bakı Şəhəri Üzrə Təhsil idarəsinin F-246 nömrəli əmrinin icra edilməsi məqsədi ilə 90 nömrəli tam orta məktəbdə 15 dekabr tarixində "Qarabağ Azərbaycandır!" adlı online intellektual müsabiqənin məktəb mərhələsi keçirilib. Müsabiqəyə 8-11-ci sinif şagirdləri cəlb edilib.

       İntellektual müsabiqəyə başlamadan öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məktəb direktoru Yeganə Məhərrəmova müsabiqə iştirakçılarına uğurlar arzulayıb.  Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə keçirilən bu müsabiqədə şagirdlər fəallıq nümayiş etdiriblər. Onlayn müsabiqənin sualları məktəbimizin tarix müəllimləri tərəfindən hazırlanıb. Suallar 1–ci Qarabağ müharibəsi, Aprel döyüşləri, 2-ci Qarabağ müharibəsi , Tovuz döyüşləri, Qarabağın və işğaldan azad edilmiş ərazilərimizin tarixi və mədəni abidələrini özündə əks edib. Maraqlı mübarizə şəraitində keçən intellektual müsabiqədə I yeri tutan şagirdimiz yarışın şəhər mərhələsinə vəsiqə qazanıb.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi