" Beynəlxalq Əlilliyi olan Şəxslər Günü " mövzusunda sinif təşkilat saatları keçirilib

        5 dekabr 6E, 8A ,8R siniflərində Elmira Əliyeva, Aynurə Bayramova və Rafilə Quliyevanın təşkilatçılığı ilə   " Beynəlxalq Əlilliyi olan Şəxslər Günü " mövzusunda onlayn sinif təşkilat saatları keçirilib.

      Sinif rəhbərləri şagirdlərə Azərbaycanda əlilliyi olan şəxslərə göstərilən qayğıdan , onların hüquqlarının müdafiəsindən danışaraq bildirib ki , dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Qeyd edilib  ki , 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan İnsanların Beynəlxalq Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

    Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi