7C sinfində onlayn "Açıq dərs" keçirilmişdir

       7 dekabr 2020-ci il tarixində Rixord Zorge adına 90 saylı tam orta məktəbin ingilis dili müəllimi Pakizə Cəfərovanın  təşkilatçılığı ilə 7C sinfində "Karabakh is Azerbaijan!" mövzusunda onlayn "Açıq dərs" keçirilmişdir. "Açıq dərs"də məktəbin ingilis dili müəllimləri Abbasova Züleyxa, Rəhimova Sevinc  iştirak etmişdir.
       Dərsdə 7 C sinif şagirdləri tərəfindən hazırlanmış Qarabağa aid video təqdimatlarda Qarabağ müharibəsi,  erməni vandallari tərəfindən dağıdılmış, məhv olmuş abidələrin görüntüləri,Qarabağ xanlığı,Xarıbülbül, Qarabağ atları,mətbəxi, Qarabağ memarlıq abidələri, eyni zamanda düşmənlərin dinc əhalimizə qarşı törətdikləri cinayətləri əks etdirən görüntülər nümayiş olunmuşdur. Dərs zamanı Cəfərova Pakizə Dağlıq Qarabağda erməni ordusunun müharibə cinayətləri, Azərbaycan xalqının haqlı mübarizəsi, uzun illərdən sonra doğma torpaqlarımızın azad olunması haqqında geniş məlumatlar vermişdir. Mövzunu geniş əks etdirən videoçarxlar,slaydlar nümayiş etdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi