Şagirdlərin adaptasiyası mövzusunda onlayn vebinar keçirilib

           90 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Məmmədova 5-ci sinif şagirdlərinin valideynləri ilə ” İbtidai təhsil pilləsindən ümumi orta təhsil pilləsinə keçid - şagirdlərin adaptasiyası” mövzusunda onlayn vebinar keçirmişdir. Vebinarın əsas məqsədi şagirdlərin orta təhsil pilləsinə adaptasiyası istiqamətində valideynlərə müvafiq tövsiyələr verilməsi ,şagirdlərin adaptasiya prosesini rahatlıqla keçirməsi, şagirdlərin tərbiyə və təlimi prosesində meydana çıxan çətinliklərin aradan qaldırılması, şagirdlərə psixoloji dəstək göstərilməsindən ibarət olmuşdur. Vebinarda şagirdlərin adaptasiya prosesini müvəffəqiyyətlə başa vurması üçün psixoloq-müəllim-valideyn əməkdaşlığının rolu xüsusilə qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi