“Qarabağ Azərbaycandır!” , “Qarabağımızın məşhurları” mövzusunda onlayn sinif təşkilat saatları

         Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.  Qələbən mübarək, Azərbaycan ! Gözün aydın ,mərd Vətənim ! Var  ol, Vətənimin cəsur əsgərləri!  Bu tarixi qələbə sevincini bizə yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! 

       Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi məqsədilə   90 nömrəli tam orta məktəbin bütün siniflərində  28 noyabr tarixində “Qarabağ Azərbaycandır!”, “Qarabağımızın məşhurları” mövzusunda onlayn sinif təşkilat saatları keçirilib. Onlayn tədbirdə Qarabağ haqqında,Qarabağda anadan olmuş məşhur şəxsiyyətlər haqqında geniş məlumat verilib.  Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlər Qarabağ haqqında esselər yazıb, videoçarxlar hazırlayıb, təqdimatlar səsləndiriblər. Müəllimlər  şagirdlərə Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifələr haqqında geniş məlumatlar veriblər.

https://youtu.be/24CcIXAXtRo

https://youtu.be/1ar8AMlAr3A

https://youtu.be/_NHhasBy_Tg

https://youtu.be/-CjnwYw38Xs

https://youtu.be/KC9bWTrK4U0

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi