Milli Dirçəliş Gününə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib

      Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin mətanəti sayəsində torpaqlarımız düşmən işğalından azad edilib. Bu Şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin də böyük rolu olub.

      90 nömrəli tam orta məktəbdə 17 Noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar “Biz birlikdə gücüyuk!” adı altında onlayn sinif təşkilat saatları keçirilib. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər.  Sinif rəhbərləri şagirdlərinə Milli Dirçəliş Günü haqqında ətraflı məlumatlar veriblər. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, videoçarxlar təqdim ediblər.

      Bildirilib ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq uğrunda mübarizəsinin əsas mərhələlərindən biri sayılır.  Azərbaycan dövlətinin müstəqilliyi böyük tarixi sınaqdan keçib, xalqın uzun illər azadlıq uğrunda apardığı mübarizə nəticəsində müstəqil Azərbaycan dövləti yaranıb. Azərbaycanın müstəqlilik qazanmasında və azad, suveren ölkə kimi dünyada tanınmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan da danışılıb.

    Milli Dirçəliş Günümüz mübarək!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi