Məktəbimizin Şəhidlik zirvəsinə ucalan məzunları

       Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

    Doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında canıyla, qanıyla iştirak edən, Şəhidlik  zirvəsinə ucalan  məktəbimizin məzunlarına Allahdan rəhmət diləyir,ruhları qarşısında baş əyirik.  
     90 nömrəli tam orta məktəbin məzunu  Dəmirçiyev Tural  Rəfail oğlu 01.10.1992-ci ildə anadan olmuşdur. 1999-cu ildə Rixord Zorge adına 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 
      Dəmirçiyev Tural  Rəfail oğlu Vətənin dar günündə könüllü olaraq Füzuli istiqamətində, ön cəbhədə gedən döyüşlərdə iştirak etmiş,oktyabr ayının 7-də Qarabağda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuşdur.Məkanı cənnət olsun!
    Seyidov Əli Rasim oğlu 11.07.1999-cu ildə Bakı şəhərində anadan olub.2006-cı ildə Sabunçu rayonu Rixord Zorge adına 90 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.  Vətənpərvərliyi ilə,cəsarəti ilə seçilən şagirdlərdən biri olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.
  2020-ci il oktyabr ayının 4-də Qarabağ  döyüşlərində Suqovuşanın azad olunması uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Ruhu şad olsun!

     90 nömrəli tam orta məktəbin məzunu Manafov Osman Natiq oğlu 1991-ci illdə Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə məktəbimizin 1-ci sinfinə daxil olub.2010-cu ildə 90 nömrəli tam orta məktəbin məzunu olmuşdur. 2016-ci ildə Aprel döyüşlərində iştirak etmiş, göstərdiyi şücaətə görə fəxri fərmanla təltif olunmuşdur. 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə qatılmışdır. Bir aydan çox döyüşlərdə iştirak etmişdir. Döyüş müddətində 2 zirehli tank , 78 düşmən qüvvəsini qəhrəmancasına məhv etmişdir. Vətəninə, xalqına bağlı olan Manafov Osman Natiq oğlu 27 oktyabr 2020-ci il tarixində Laçın döyüşlərində şəhid olmuşdur. Vətənə əmanət körpə oğul atası olan Şəhidimiz Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalıb. Məkanı cənnət olsun! 
     Əliyev Abbas Salam oğlu 9 yanvar 1988-ci ildə anadan olmuşdur. 1994-cü ildə 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2015-ci ildə məktəbimizdə məzun olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Allah rəhmət eləsin!
     Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.Şəhidlərimiz ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
     Ruhunuz qarşında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi