Məktəbimiz Şəhidlər Xiyabanını ziyarət edib

      Arzular gerçək oldu deyə həddi-hüdudu olmayan sevincimiz yerə-göyə sığmadı. Qundaqdakı körpə də duydu bu sevinci, dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları da. Hər kəsi ayağa qaldırdı QƏLƏBƏ səsi. 90-cı illərin zülmü, şəhidlərimizin qanı yerdə qalmadı.

      Bu xoş günümüzdə 90 nömrəli tam orta məktəbin kollektivi olaraq şəhidlərimizi unutmadıq, Şəhidlər Xiyabanını da. Mübarək qanları ilə vətənləşən o torpaqların işğaldan azadlığı xəbərini  onlara da çatdırdıq. "Qanınız yerdə qalmadı" deyib, ruhları qarşısında baş əyərək halallıq aldıq. Döyüş meydanında şəhidlər verərək qazandığımız tarixi qələbə ilə  yağı düşməndən qisasımızı aldıq . Bu elə bir qisas oldu ki, türkün hünəri mənfur düşmənin canına qorxu saldı, yaddaşının bir küncünə yazıldı. Yazıldı ki, bir daha dönüb qonşu torpağına kəm gözlə baxmasın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi