Konstitusiya Gününə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib

     90 nömrəli tam orta məktəbdə 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirildi. 

      Sinif rəhbərləri Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə qəbul etdiyi ilk milli Konstitusiyası ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Konstitusiyasının qəbulu tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu Öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, Əsas Qanunumuzun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunması üçün çox gərgin əmək sərf etmişdir. Konstitusiyamızda müstəqil Azərbaycanın inkişafının əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir.
      Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev də demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində gərgin iş apamaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi