Daim dalğalansın Azərbaycan bayrağı, var olsun Azərbaycan ordusu!

Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.
90 nömrəli tam orta məktəbdə 9 Noyabr Bayraq Gününə həsr olunmuş onlayn tədbir və sinif təşkilat saatları keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra müstəqillik uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları Dövlət bayrağı haqqında danışarkən bayrağın dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından bəhs etdi. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan müəllimlər şagirdlərə sozügedən atributları daim uca tutmağı tövsiyə etdi.
Daha sonra şagirdlər tərəfindən hazırlanmış ,bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar təqdim olundu, şeirlər söylənildi.