Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir

       Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi  ilə bağlı məktəbimizin tarix müəllimi Səfəri Məhsətinin təşkilatçılığı ilə 9-11-ci siniflərdə  onlayn anım tədbiri keçirilib. 
     Tədbirdə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən məlumatlar səsləndirilib. İkinci Dünya müharibəsində  Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri ,qəhrəmanlıqları haqqında geniş söhbət edilib. Həmçinin qeyd olunub ki,Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

https://youtu.be/DhFNhArZWmg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi