“Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda sinif təşkilat saatları keçirilib

       Qəhrəmanlıq bizə tariximizin dərinliklərinə uzanan qatlardan gəlir. Unutmamalıyıq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Neçə-neçə igidlərin, qəhrəmanların şəxsi nümunəsi Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut edir. Xalqımızın şanlı tarixi çox sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qoruyan, canını, qanını  fəda edən qəhrəmanlar yetişdirib. 

    24-31 oktyabr tarixində “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda onlayn sinif təşkilat saatları keçirilib. Tədbir iştirakçıları Vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb. Şagirdlər vətənpərvərlik mövzusunda yazdıqları esseləri səsləndirib, onların ifasında bədii qiraət dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi