90 nömrəli tam orta məktəb “Əsgərə məktub” layihəsinə qoşulub

      Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir.  Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya malikdir. Lakin ordunu yenilməz edən tək silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir!... Biz  xoşbəxtdik ki, Vətənə ürəkdən bağlı olan ,onu yağılardan qoruyan şanlı və müzəffər ordumuz var. 

      90 nömrəli tam orta məktəbin heyyəti 27 oktyabr tarixində “ASAN Könülüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

      Böyük həvəslə yazılıb Azərbaycan əsgərinə ünvanlanan məktublarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib. Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi