7C sinif şagirdləri “Əsgərə Məktub!” layihəsinə qoşulub

   

      Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. 

     Silahlı Qüvvələrimizin son günlər baş verən hadisələrin timsalında göstərdiyi cəsarətli və inamlı duruş hər birimizin qürur mənbəyi olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığını, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün 7C sinif şagirdləri “Əsgərə məktub!” layihəsinə qoşulub.Məktəblilər əsgərlərə məktub ünvanlayıb, onlara sevgi və arzularını bildiriblər. Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsini və şagirdlərin daim onların yanında olduğunu ifadə edən məktub  Asan Radio tərəfindən yayımlanıb.

     "Əsgərə məktub!" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi