15 İyun – Milli Qurtuluş Gününüz mübarək!

    Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdəndir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. Bu gün bütün ictimaiyyət haqlı olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələr surətlə inkişaf etmiş, ictimai-siyasi sabitlik bərqərar olmuşdur. 

   Ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. 

   90 nömrəli tam orta məktəbin şagirdləri günün önəminin əks etdirən videoçarxlar hazırlayıb. Videoçarxlarda H.Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, təhsilin inkişafı istiqamətində apardığı çoxşaxəli fəaliyyətindən  söz açıblar. Şagirdlər şeirlər,musiqilər səsləndiriblər.

     15  İyun – Milli Qurtuluş Günü  münasibəti ilə  xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik!

https://youtu.be/brdUcwP6eeM

https://youtu.be/fk6rv2uCKrg

https://youtu.be/Eal8jD3ptTs

https://youtu.be/fhv_RgCuXfs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi