Bayramınız mübarək,əziz uşaqlar!

     1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 
   Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd olunur. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. 
   90 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdləri təbrik edib, onlara ürək sözlərini və ən xoş arzularını videoçarxlar vasitəsilə bildiriblər. Onlar şagirdlərə dövlətimiz tərəfindən ölkəmizdə uşaqlara xüsusi məhəbbətdən, göstərilən diqqət və qayğıdan danışıb.  
   Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır. 
    Bayramınız mübarək ,əziz uşaqlar!

https://youtu.be/djNN7WUYfbU

https://youtu.be/AfxuIZVGdZE

https://youtu.be/EhBqHfwt0O0

https://youtu.be/l-e5lbhZtLU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi