28 May Respublika günüdür!

    Xalqımızın şanlı tarixinə daxil olan 28 May 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür.  Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
       90 nömrəli tam orta məktəbin şagirdləri Respublika Gününə həsr olunmuş videoçarxlar,təqdimatlar hazırlayıblar.Şagirdlər videoçarxlarda  vətənə və müstəqilliyə aid şeirlər səsləndirib,rəsmlər çəkiblər.
      Məktəbimiz adından bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
      Respublika gününüz mübarək olsun!

https://youtu.be/1o3nlde7ukE

https://youtu.be/1X-D80wRyls

https://youtu.be/8XaLPfFOhp8

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi