"Övladınla evde qal" aksiyası

   Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların inkişafında vacib istiqamətlərdən biridir. Asudə vaxtın səmərəli təşkil edilməsi uşaqların həm fiziki, həm də psixi sağlamlığına böyük təsir edir. Hazırda uşaqlar günün bütün hissəsini evdə keçirirlər.#Evdəqal-an uşaqlar boş vaxtlarını səmərəli keçirməlidir və sevdikləri fəaliyyətlə məşğul olmalıdırlar.  
    90 nömrəli tam orta məktəbin rus dili müəllimi Samirə Salayevanın təşkilatçılığı ilə 6R sinif şagirdləri və valideynləri "Övladınla evde qal" aksiyasına qoşulub.Onlar asudə vaxtlarında valideynləri ilə birgə sevdikləri fəaliyyətlərlə məşğul olublar. Sinif aksiya ilə bağlı maraqlı, maarifləndirici videoçarx hazırlayıb.

     Unutmaq olmaz ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili valideynlərin mənəvi borcudur.

https://youtu.be/-qg5-zNh0uM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi