Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət

   10 may  ümummilli lider, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. 
     Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
     "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” - deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. 
    90 nömrəli tam orta məktəbin şagirdləri  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə təqdimatlar hazırlayıblar. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Heydər Əliyevə aid şeirlər ,musiqilər səsləndirilib. Müəllimlərimiz  Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs edən onlayn seminarlar keçirib. Qeyd edilib ki,  Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. 
    Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

https://youtu.be/D7ZUsiRHwf0

https://youtu.be/zObI-6eIdY8

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi