9 May - Qələbə günü

   Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur.      
        İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.
    90 nömrəli tam orta məktəbin  şagirdləri 9 May Qələbə günü ilə bağlı  təqdimatlar  hazırlayıblar.  Təqdimatlarda şagirdlər seirlər söyləyib, rəsmlər, videoçarxlar  təqdim ediblər. Müəllimlərimiz şənbə günü "Dərsdən sonra " layihəsi üzrə seminar keçiriblər. Onlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və digər döyüş iştirakçılarının qəhrəmanlıqlarından ,   Bakı neftinin faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri olduğundan, xalqımızın şərəfli tarixindən  söhbət aparılıblar.
     İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.   

https://youtu.be/V9FYqDUw5lw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi