Şuşa bizi gözləyir...

   Artıq 28 ildir ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükükdür. Şuşa şuşalılarsız qalıb. Cıdır düzü namərdlərin tapdağı altındadır. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qaydacağı günü gözləyir.
     Bəli, Qarabağ qan ağlayır. Azərbaycanın taxt-tacı olan Qarabağın ürəyi olan Şuşa düşmən tapdağı altındadır. Bu neçə illər ərzində Azərbaycanın səfalı, güllü-çiçəkli rayonları, kəndləri, şəhərləri zəbt olunub. Qanlı döyüşlərdə neçə min əhali yurd-yuvasından, öz isti ocaqlarından didərgin düşüb, necə min igid oğullarımız qəhrəmancasına həlak olub, neçə-neçə oğul və qızlarımız, ağsaqqal atalarımız, ağbirçək analarımız düşmən tərəfindən əsir alınıb. Hətta beşikdə, isti ana nəfəsinə, ana laylasına möhtac olan körpələr namərd düşmən tərəfindən dözülməz işgəncələrlə öldürülüb.
  90 nömrəli tam orta məktəbin  şagirdləri Şuşa şəhərinin  işğalının 28-ci ildönümü ilə bağlı Şuşanın tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən bəhs edən təqdimatlar  hazırlayıblar.  Təqdimatlarda şagirdlər şeirlər söyləyib, rəsmlər, videoçarxlar  təqdim ediblər. Müəllimlərimiz şənbə günü "Dərsdən sonra " layihəsi üzrə onlayn seminar keçiriblər. Onlar Azərbaycanın dilbər guşəsi, qədim, tarixi diyarımız olan Şuşanın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi  haqqında söhbət aparılıblar.
    Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə  yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Uşaq səslərinin cingiltisi və Qarabağ şikəstəsinin sədaları ətrafa yayılacaq.Natəvanın nəfəsi, Vaqifin, Üzeyirin, Bülbülün incimiş ruhları şad olacaq!

https://youtu.be/J3u_T-FSYmQ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi