Biz birlikdə güclüyük!

Mövcud  tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, məktəblilərin və pedaqoji kolektivin tədris prosesindən uzaqlaşmaması  üçün fəaliyyətini məsafədən təşkil edilməsi zərurəti yaranmışdır.

Bununla  yanaşı məktəb  rəhbərliyi ilə müzakirə və məsləhətləşmələrin  onlayn qaydada aparılması, zərurət olduqda videokonfransların  təşkil olunması məqsədəmüvafiq hesab olunmuşdur.

19 aprel 2020-ci  il tarixində məktəb rəhbərliyi və pedaqoji kollektiv  arasında videokonfrans təşkil olundu.

Videokonfrans zamanı məktəbin 9-cu siniflərinin buraxılış imtahanının birinci imtahanı zamanı göstərdiyi nəticələr müzakirə olundu.Müəllim və şagirdlərin https://virtual.edu.az/   saytında             qeydiyyatdan  keçməsi ilə  bağlı təlimatlandırılma , dərs cədvəlinin platformaya  yerləşdirilməsi , müntəzəm olaraq sinif rəhbərlərinin sinif saatını keçməsi ,sinif rəhbərlərinin şagird,valideyn  və müəllim  arasında problemlərin qarşıya çıxdığı anda vasitəçi olması barədə  pedaqoji kollektivə  məlumat verildi.Həmçinin dərs cədvəlində “Rus  dilinin intensiv tədrisi”  ilə bağlı dərs saatının artırılması tövsiyə olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi