Onlayn metodbirləşmə iclası keçirilib

   

    Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, 18 aprel tarixində 90 nömrəli tam orta məktəbin ingilis dili müəllimlərinin onlayn metodbirləşmə iclası keçirilib. 

     Metodbirləşmə sədri Pakizə Cəfərovanın başçılığı ilə keçirilən iclasda IX siniflərin buraxılış imtahanının I mərhələsinini nəticələri haqqında fikir mübadiləsi aparılıb.. Növbəti mərhələdə keçiriləcək imtahanda salınacaq mövzular, qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi müzakirə edilib.  Həmçinin müəllimlərin virtual məktəb portalında qeydiyyatı məsələsinə toxunulub. Portalın şagirdlər üçün nəzərdə tutulmuş bölməsində yerləşdirilən maraqlı test tapşırıqları ,onlayn dərslərin təşkili   müzakirə olunub. Onlayn iclasda illik dərs planlaşdırılmaslna uyğun olaraq dərs materiallarının keçilməsi məsələləri  ətrafında fikir mübadiləsi aparılıb. Sonda müəllimlərin təklifləri dinlənilib. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi