Onlayn dərslərə davam edirik

  

   Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə 90 nömrəli tam orta məktəbin müəllim heyyəti müxtəlif proqramlar vasitəsilə şagirdlərlə onlayn əlaqə yaradır ,yeni mövzuları  izah edir, tapşırıqlar verirlər. Məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün müəllimlərimiz mütəmadi olaraq şagirdlərə "Zoom" ,"Skype" proqramları ilə görüntülü şəkildə dərslər ,müzakirələr,mütaliə saatları təşkil edir. Həmçinin məktəb rəhbərliyinin nəzarəti ilə müəllim-şagird ünsiyyətinin davamlılığı təmin olunur. 

   Bundan əlavə, müəllimlərimiz mütəmadi olaraq şagirdlərə Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərsləri izləməyin vacibliyini vurğulayır,əvvəlcədən elan edilmiş cədvəl əsasında keçirilən dərsləri diqqətlə dinləməyi tövsiyə edir.

    Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. 90 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim heyyəti şagirdlərin qeydiyyatdan keçməsi ilə bağlı təlimatları şagirdlərin və valideynlərin diqqətinə çatdırıb. Qeyd edilib ki, layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. 

   "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılıb. Artıq müəllimlərimiz virtual.edu.az onlayn portalında qeydiyyatdan keçirlər. Müəllimlərimiz portaldan istifadə qaydaları haqqında hazırlanmış müvafiq təlimatlarla tanış olublar. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi