Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər

   Xocalı faciəsinin ildönümü ərəfəsində 90 nömrəli tam orta məktəbdə tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib. 

 26 fevral taixində 4A sinif rəhbəri Zamanzər Əliyevanın başçılığı ilə sinif şagirdlərinin Qarabağ müharibəsi veteranları ilə görüşü baş tutub.Onlar şagirdlərə Dağlıq Qarabağ münaqişəsindən, Xocalı qətliamı zamanı şahidi olduqları hadisələrdən geniş məlumat veriblər.

 3C sinif rəhbəri İlhamə Bayramovanın başçılığı ilə Xocalı soyqırımına həsr olunmuş  "Dəyirmi masa" təşkil olunub. Şagirdlər hazırladıqları təqdimat və şeirləri səslədiriblər.

  Silsilə tədbirlərin keçirilməsinin əsas məqsədi erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini ,qanlı faciəsini unutdurmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi