Xocalı qətliamı 8D sinif şagirdlərinin gözü ilə

   Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il zaman məsafəsi ayırır.

  90 nömrəli tam orta məktəbin tarix müəllimi Mirzəyev Maqsudun başçılığı ilə, 8D sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.  Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib. Sonda 8D sinif şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

  Tədbirdə iştirak edən məktəb rəhbərliyi şagirdlərə Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. 

  Təsirli, vətənpərvər ruhda və milli təəssübkeşliklə keçən tədbir hamı tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi