Unutmadıq, unutdurmadıq!

  Fevralın 25-də 90 nömrəli tam orta məktəbin 7B sinfində  Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnaz Məmmədovanın təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Dəyirmi masa" keçirilib. İlk öncə tədbir iştirakçıları  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər hazırladıqları təqdimat və şeirləri "Dəyirmi masa"  iştirakçılarının nəzərinə çatdırıblar.     

  "Dəyirmi masa"nın keçirilməsinin əsas məqsədi erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini ,qanlı faciəsini unutdurmamaqdır.

   Sonda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx nümayiş olunub. Tədbirdə iştirak edən məktəb rəhbərliyi  şagirdlərə Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamı haqqında geniş məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi