XOCALI SOYQIRIMI-QANLI TARİXİMİZ

   Tariximizin faciəvi  səhifələrindən olan Xocalı soyqırımının 28-ci  ildönümü  ilə əlaqədar olaraq 25 fevral tarixində 90 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın  başçılığı ilə tədbir keçirilib. 8A və  8C sinif şagirdlərinin iştirakı ilə keçən tədbirdə Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi yad edilib. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib. Xocalı həqiqətlərindən bəhs edən videoçarx izlənilib. 

  Tədbirdə iştirak edən məktəb direktoru Yeganə Məhərrəmova şagirdlərə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlər haqqında məlumat verib, Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlərdən danışıb.

  Tədbirin  keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlatmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi