"Gənc fiziklər"in yarışı

    21 fevral tarixində 90 nömrəli tam orta məktəbdə  yuxarı sinif şagirdləri arasında "Gənc fiziklər" adlı "Bilik yarışı"nın məktəb mərhələsi keçirilib. “Bilik yarışı” uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edilib və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edib.

   Yarışda siniflər üzrə 3 şagird qələbə qazanıb . 11A sinif şagirdi Quluzadə Emil, 10B sinif şagirdi Alızadə Fidan və 9f  sinif şagirdi Məmmədova Nərmin növbəti tura vəsiqə qazanıblar.

   Qaliblər məktəb rəhbərliyi tərəfindən sertifikatlarla mükafatlandırılıb. Şagirdlərimizi təbrik edir, yeni nailiyyətlər arzulayırıq !

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi