Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

   Məktəbimizdə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə "Ana dilimizi sevək və sevdirək" adlı tədbir keçirilib.Tədbiri məktəbin ingilis dili müəllimləri Cəfərova Pakizə ( metodbirləşmə sədri), Qoşnalıyeva Aidə, Rəhimova Sevinc, Əhmədova Zülfiyyə ,Cəmşidova Tahirə, Əliyeva Cəmilə ,Abbasova Züleyxa , Ağayeva Günay  təşkil ediblər.

   Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Şagirdlərin ifasında hazırlanmış şeir, mahnı və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.  6C sinif şagirdi Abdullazadə Səadət  və 9C sinif şagirdi Mirzəli Cəlal ingilis və azərbaycan dillərində çıxışları ilə fərqləniblər. 5E sinfi "Hello" və " Good bye" mahnısı ifa ediblər. 7A sinfi" ABC", 6C sinfi isə " This old man" mahnısını, məktəbimizin xoru " May the sky be sunshine" mahnıları səsləndirib.  Nərmin Xəlilli və Aylin Xudiyeva milli və özbək rəqslərini məharətlə ifa ediblər. 5A sinfi "The Turnip" nağılını səhnələşdirib. 8A və 6A sinfinin şagirdləri isə ana dili haqqında ingilis dilində şeirlər söyləyiblər.

   Tədbir məktəb direktoru , direktor müavinlərinin və müəllimlərin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi