Ana dilimizi qoruyaq!

  Fevralın 21-i 90 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin 4A, 4B, 4C ,4D və 4R siniflərində "Dəyirmi masa"lar, xüsusi dərslər  keçirilib.  Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları divar qəzetlərini təqdim ediblər. Uşaqlar ana dilindən başqa rus, ingilis, ləzgi, talış dillərində də şeir səsləndiriblər.

 Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

  Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində əsas məqsəd doğma dilimizin saflığının qorumaq, gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, şagirdlərə dilimizə sevgi və hörmət hissini aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi