Şücaətli alim- Həmid Araslı

 

  21 fevral tarixində 90 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Əzimovanın başçılığı ilə ədəbiyyatşünas, akademik, əməkdar elm xadimi, tədqiqatçı alim Həmid Araslının 111 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa"  təşkil olunub. "Dəyirmi masa"da alimin həyat və yaradıcılığını əks etdirən müzakirələr aparılıb. Məktəbin 8D və 8B sinif şagirdləri H.Araslının  Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətlərdən ,çoxşaxəli yaradıcılığından danışıblar. Onun folklorşünas alim kimi  "Kitabi-Dədə Qorqud"  dastanının dərin tədqiqatçısı kimi fəaliyyətindən söz açıblar. 

   "Dəyirmi masa"da məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva da iştirak edib , alimin Azərbaycan ədəbiyyatşünaslığı, ədəbiyyat tarixi haqqında misilsiz xidmətlərindən danışıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi