İNSAN ALVERİ BƏŞƏRİ FACİƏ VƏ MƏNƏVİ TERRORDUR

   20 fevral tarixində 90 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Məmmədovanın təşkilatçılığı ilə  "İnsan alveri" mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri insan alveri ilə bağlı maarifləndirmək olub. Tədbirdə şagirdlərə insan alverinin ağır nəticələri, insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə dolğun məlumat verilib. Mövzu ilə bağlı videoçarx izlənilib. Şagirdləri maraqlandıran suallar məktəb psixoloqu tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi