Növbəti nümunəvi "Açıq dərs"

   90 nömrəli tam orta məktəbdə 17 fevral tarixində 2C sinfində ingilis dili fənni üzrə Əliyeva Səbinənin başçılığı ilə "Weather and clothes" mövzusunda "Açıq dərs" keçirilib. Sinif dörd kiçik qrupa bölünüb. Qruplar fəsillərin adlarına uyğun olaraq seçilib.Şagirdlərə ilk öncə slayd üzrə şəkillər təqdim olunub və suallar verilib. Qrup üzvləri suallara ətraflı şəkildə cavab verib, şəkilləri təsvir edib. "Seasons and clothes" mahnısını dinlədikdən sonra şagirdlər verilmiş tapşırıqlar üzrə fəsillərə uyğun olan geyimləri seçiblər və mövzuya uyğun dialoqlar qurublar. 

  Şagirdlərdən Məmmədov Sahib , Məmmədova Fidan , Rəhimli Mələk , Vəlizadə Ləman ,Tağızadə Rüzgar fəallıqları ilə seçilib. "Açıq dərs" "Goodbye" mahnısı ilə sona çatıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi