İngilis dili fənnindən maraqlı "Açıq dərs"

 

   Fevralın 14-də 90 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə "Açıq dərs" keçirilib. 6c sinfinin ingilis dili müəllimi Cəfərova Pakizənin başçılığı ilə keçirilən "Açıq dərs"də  "The British way of life" mövzusunda müzakirələr aparılıb. Dərs fəal təlim metodlarından istifadə edilməklə canlı və maraqlı keçib. Qrup işləri təqdim edilib. Şagirdlər ingilislərin gündəlik həyatda gördükləri işlərdən, onların sevimli məşğuliyyətlərindən təqdimatlar səsləndirib. Həmçinin ictimai yerlərdə ingilislərin riayət etdikləri ədəb-ərkan qaydaları haqda məlumat verilib. Azərbaycan və Böyük Britaniyanın oxşar və fərqli xüsusiyyətləri haqda araşdırmalar aparılıb. Cavablar müzakirə olunub və əlavələr edilib. Meyarlar əsasında qruplar qiymətləndirilib.

  Şagirdlərdən Müseyibzadə Nuray, Muxtarov Elşən, Süleymanzadə Zümrüd ,Məmmədova Liana, Musayev Pənah, Qurbanzadə Tünzalə  onlara verilən tapşırıqların öhdəsindən xüsusi cəldlik və məharətlə gəlib. 

  Dərs dinləməsi məktəb direktoru, direktor müavini və fənn müəllimlərinin  iştirakı ilə baş tutub. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi