"Demə Səməd Vurğun gəldi gedərdi" adlı tədbir keçirilmişdir

Səməd Vurğun yaradıcılığı hər zaman bizə ona görə əzizdir ki, onun poeziyasında xalqın ruhu, doğma torpağın ruhu yaşayır. Məhz buna görə də o, həqiqi xalq şairidir və daim xalq şairi olaraq qalacaqdır. Vurğun sevgisini gənc nəsillərə də aşılamaq, onlarda şeirə poeziyaya həvəs oyatmaq məqsədilə vaxtaşırı olaraq şairə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Rixard Zorge adına 90 nömrəli tam məktəbdə keçirilmişdir. Tədbirdə şairin şeirləri səsləndirilmiş, "Vaqif" tamaşasından səhnə göstərilmiş, şeirlərinə bəstələnmiş musiqi səsləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi