I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şura keçirilib

  8 fevral 2020-ci il tarixində 90 nömrəli tam orta məktəbdə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şura iclası təşkil olunub. İclasın keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və yeni qərarlar qəbul etməkdən ibarət olub. 

  Pedaqoji Şurada  məktəb direktor Yeganə Məhərrəmovanın və direktor müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilib.I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq və digər mövzular ətrafında müzakirələr aparılıb , müvafiq qərarlar qəbul edilib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb. Pedaqoji Şurada  fəaliyyətində fərqlənən müəllimlər  təşəkkürnamə ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi