Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi

  Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

  7 fevral 2020-ci ildə 90 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq siniflərdə dərs saatları təşkil edilib. Şagirdlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolunu əks etdirən divar kağızları hazırlayıblar.

  Xalqımızın mərd oğlu Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycan xalqının qəlbində özünə əbədi taxt qurub. Bu gün əsl qəhrəmanlıq salnaməsi yaradan Mübariz İbrahimov cismən aramızda olmasa da xalqımızın qəlbində əbədi yaşayacaq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi