Sağlam bədəndə sağlam ruh olar

   Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamağa idman kömək edir. İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin eyni zamanda insanda ruh yüksəkliyi əmələ gətirir, insanın zirək, çevik və dözümlü olmasına səbəb olur.

   Məktəbimizin 5R sinif şagirdləri Süleymanova Amaliya , Məmmədov Sahib və 8D sinif şagirdi Baloğlanlı Üzeyir idman sahəsində yeni uğurlar əldə edib. Yarışlarda göstərdiyi yüksək nailiyyətlərə görə şagirdimiz müxtəlif medalla, diplomlarla, fəxri fərmanlarla mükafatlandırılıb.

  90 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimləri Mətanət Quliyeva ,Rafiq Bayramov şagirdlərlə ciddi məşğul olmuş və qalibiyyətə ruhlandırmışlar. Şagirdlərimizi məktəbimiz adından təbrik edir, yeni uğurlar və nailiyyətlər arzulayırıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi