Növbəti Pedaqoji Şura

  18 yanvar tarixində 90 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilib.İclasın keçirilməsində əsas məqsəd görülən işlərə bir daha nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı yeni qərarlar qəbul etməkdən ibarət olub.

  Pedaqoji Şurada məktəb direktoru Yeganə Məhərrəmovanın və direktor müavinlərinin məruzələri, müəllimlərin hesabatları dinlənilib. Həmçinin IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq,BSQ nəticələri, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər məsələlər müzakirə olunub. Fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi