Şəhidlər Xiyabanı- qürur ünvanımız

 

  90 nömrəli tam orta məktəbinin rəhbərliyi və pedaqoji heyyəti  şəhidlərimizin  xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanına gəlməyi özlərinə mənəvi borc sanaraq şəhidlərin məzarını ziyarət ediblər. 20 Yanvar faciəsinin günahsız qurbanları olan şəhidlərimizin ruhları qarşısında baş əyərək dualar oxunub, məzarları üzərinə qərənfillər düzüblər.

  Həmçinin 2F sinif şagirdləri də 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün sinif müəllimləri Mələk Əsgərlinin rəhbərliyi ilə Şəhidlər Xiyabanına gediblər. Onlar şəhidlərimizin xatirəsinə inşa edilmiş lövhələr qarşısında dayanaraq şeirlər , bayatılar səsləndiriblər.Müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  30 ildir ki, hər bir azərbaycanlının and yerinə, qürur ünvanına çevrilmiş bu müqəddəs məkanda uyuyan şəhidlərin rəşadət və qəhrəmanlığına görə müstəqil Azərbaycan yaşayır, illər ötdükcə isə onun müstəqilliyi daha da dönməz və sarsılmaz olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi