Vətənpərvərliyin ən ali məqamı - şəhidlik

  90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dürdanə Vəliyevanın rəhbərliyi ilə 1A sinif şagirdləri 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı  Şəhidlər Xiyabanını ziyarət ediblər. 1A sinif rəhbəri Dürdanə Nağıyeva şagirdlərə vətən uğrunda, azadlığımız və ərazi bütovlüyümüz uğrunda canını qurban vermiş şəhidlər haqqında geniş məlumat verdi, onların döyüş yolu,qəhrəmanlıqları barədə danışdı. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər və şəhid məzarlarına qərənfil düzdülər.

  Şəhidlər Xiyabanı bizim şərəf, qürur yerimizdir. Bu gün orada uyuyan insanlar bizim bugünkü müstəqilliyimiz uğrunda şəhid olmuşlar. Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi