Xalqımızın qəhrəmanlıq səhifəsi

  Yanvarın 17-də 90 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəblərə ünvanladığı 29.12.2019-cu il tarixli F-771 nömrəli əmrlə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı  Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən silsilə şəklində siniflərdə "Dəyirmi masa" və toplantılar təşkil olunub.

  Məktəbimizin tarix müəllimi Maqsud Mirzəyevin təşkilatçılığı ilə 8D sinifində 20 Yanvar faciəsinə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.8D sinif şagirdləri tədbirdə geniş məruzə ilə çıxış ediblər, Bakıda törədilən qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat veriblər. "Dəyirmi masa"da 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söylənilib,təqdimatlar səsləndirilib,səhnəciklər nümayiş olunub. 

 Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi