Qan yaddaşımız

   1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir.  Qanlı Yanvar xalqımızın hafizəsində silinməz xatirəyə çevrilmişdir.

   17 yanvar tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Teymurlu Südabənin şagirdlərlə birgə hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya maraqlı və yadda qalan olub. Öncə Azərbaycan xalqının müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin söylədikləri təsirli şeirlər, məruzələr və kiçik səhnəciklər hamıya 20 Yanvar faciəsinin acılarını bir daha yaşadıb. Şagirdlərimiz qəlbimizdə əbədi yaşayan şəhidlərimizin xatirəsini qırmızı qərənfillərlə anıblar. 

  Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova və tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova  iştirak edib. Onlar şagirdlərə xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsi haqda məlumatlar veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi