Qəlbimizdə əbədi yaşayan şəhidlərimiz

  17 yanvar tarixində 90 nömrəli tam orta məktəbdə  20 Yanvar faciəsi ilə bağlı silsilə şəklində bütün siniflərdə xüsusi toplantılar təşkil olunub. Dərslərdə müəllimlər və məktəb rəhbərliyi tərəfindən şagirdlərə Qanlı Yanvarın dəhşətlərindən, sovet qoşunlarının dinc sakinlərə qarşı etdiyi amansız vəhşiliklərdən, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Şagirdlər  20 Yanvar şəhidlərinin əziz xatirəsinİ ehtiramla yad ediblər, şəhidlərimizə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

  Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi