Ümumxalq Hüzn Günü

    90 nömrəli tam orta məktəbdə 15 yanvar tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəblərə ünvanladığı 29.12.2019-cu il tarixli F-771 nömrəli əmrlə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı  Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən rəsm sərgisi keçirilib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgidə şagirdlərin rəsm əsərləri, kitab sərgisi,foto-stendlər və divar qəzetləri nümayiş olunub. Rəsm əsərlərində şagirdlərin xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış 20 Yanvar hadisələri ilə bağlı fikirləri öz əksini tapıb. Vətənin müstəqilliyi uğurunda canından keçən insanların xatirəsini əbədiləşdirmək üçün keçirilən rəsm sərgisində nümayiş olunan rəsm və divar qəzetlərinin müəllifləri sonda məktəb rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunublar.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi