Sağlam gənclik sağlam gələcəkdir

  İdman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

   90 nömrəli tam orta məktəbin 6A sinif şagirdi Zöhrab Teymurov idman sahəsində böyük uğurlar qazanıb.  Şagirdimiz Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 34 kq çəki dərəcəsində I yerə , 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş yarışda II yerə, həmçinin 12 dekabr Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə II yerə layiq görülüb. Yarışlarda göstərdiyi yüksək nailiyyətlərə görə şagirdimiz müxtəlif medallarla,diplomlarla, fəxri fərmanlarla mükafatlandırılıb.

  Məktəbimiz adından idmançı şagirdimizi qələbə münasibəti ilə təbrik edir,ona saysız-hesabsız yüksək nailiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi